Açıq dərslər davam edir

09.04.2017-ci il tarixində 20№-li məktəb-liseyin 6e sinfində texnologiya fənnindən açıq dərs keçirilmişdir. Müəllim Səadət Zeynalovanın hazırladığı “Qida maddələrinin insan həyatındakı rolu” mövzusunda olan dərsin əsas məqsədi şagirdlərə orqanizmin inkişafında meyvə və tərəvəzlərin əhəmiyyəti haqqında məlumat vermək olmuşdur. “Yağlar”,”Vitamin”, “Zülal” və “Karbohidrat” adlı dörd qrupa bölünmüş şagirdlər maraqlı təqdimatlarla çıxış edərək orqanik məhsulların insana faydasından, orqanizmin vitaminlərlə zənginləşdirməsindən, düzgün inkişafa lazım olan digər məhsullardan məlumat vermişlər. Dərsin sonunda şagirdlər “Meyvələrin söhbəti” adlı səhnəcik nümayiş etdirmişlər. Açıq dərsin gedişini məktəbin direktoru Yaqut Məmmədova, direktor müavinləri və fənn metodbirləşmə sədri izləmiş, öz təklif, rəy və tövsiyələrini müəlliməyə bildirmişlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi