Şagirdlərin Azərbaycan Milli Elmlər Akademiyasına ekskursiyası

2016-2017-ci dərs ilində 20№-li məktəb-lisey BŞTİ-nin təşkil etdiyi “Ekologiya aylıqlar” layihəsinə qoşulmuşdur. Bu istiqamətdə artıq məktəbdə bir çox tədbirlər keçirilmiş. “Tarix və etnoqrafiya” aylığında qalib olaraq I yer qazanmışdır. Növbəti uğurlar qazanmaq üçün məktəbdə silsilə tədbirlər davam etməkdədir. Belə ki, hal-hazırda “Azərbaycanın təbii sərvəti və biomüxtəlifliyi” aylığı keçirilir. “Ayın tədqiqatçı bioloqlar məktəbi” nominasiyasının qalibi olmaq uğrunda ciddi işlər gedir, açıq dərslər, ekskursiyalar təşkil olunur, tədqiqatlar aparılır. 08.04.2017-ci il tarixində məktəbin 6c sinif şagirdləri Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstituna ekskursiyaya getmişlər. Ekskursiya ekoloji dünyagörüşə malik gənclər yetişdirmək, şagirdlərdə ekoloji bilik, ekoloji mədəniyyət formalaşdırılması məqsədi daşıyırdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi