Bu günün şagirdi, sabahın əsgəridir
11a sinfində Gənclərin Çağırışaqədərki hazırlığı dərsində “Silahlar və atəş hazırlığı” mövzusunda növbəti dərs keçirilmişdir. Dərs məktəbin hərbi rəhbəri Pəhlivan Quliyev tərəfindən aparılmış, şagirdlərə pnevmatik tüfəngdən ilkin atış qaydaları öyrədilmişdir. Şagirdlər ayaq üstə, uzanmış vəziyyətdə, dizi üstə silahdan atəş qaydalarını məşq etmişlər. Dərsin əsas məqsədi şagirdləri Vətənə məhəbbət ruhunda tərbiyə etmək,vətənpərvərlik hissini aşılamaq, onları gələcəkdə mütəşəkkil Azərbaycan Ordusunun üzvi kimi yetişdirməkdən ibarət olmuşdur.