A.Hüseynzadə adına 20№-li tam orta məktəb-liseyin Mülki Müdafiə günü

5 aprel 2017-ci il tarixində A.Hüseynzadə adına 20№-li tam orta məktəb-liseydə Tədbirlər planına uyğun olaraq Mülki Müdafiə günü keçirilmişdir. Tədbirdə məktəb- liseyin Mülki Müdafiə rəhbəri,məktəbin direktoru Yaqut Məmmədova, qərərgah rəisi, direktor müavini Sevinc Mustafayeva, digər direktor müavinləri, müəllimlər, komandir, rəis heyəti və şagirdlər iştirak etmişlər. Tədbiri giriş sözü ilə açan Mülki Müdafiə rəisi Yaqut xanım iştirakçıları salamlayaraq, Mülki Müdafiə gününün mahiyyəti haqqında tədbir iştirakçılarına geniş məlumat vermişdir. Tədbirdə məktəb-liseyin hərbi rəhbəri Pəhlivan Quliyevin rəhbərliyi ilə 5-10-cu siniflərdə Mülki Müdafiəyə aid söhbətlər aparılmış, nümunəvi dərslər keçirilmişdir. Mülki müdafiə güşəsində Mülki müdafiə əyani vəsaitləri nümayiş etdirilmişdir. Sonra Mülki Müdafiə hərbiləşməmiş qüvvələrinin “Ehtimal olunan fövqəladə hadisələr zamanı davranış qaydaları” təlim məşqinə baxış kecirilmiş, xilasetmə, yanğınsöndürmə, tibb, fərdi mühafizə vasitələrinin paylanması və ictimai asayişin mühafizəsi manqaları öz bacarıqlarını nümayiş etdirmişlər. Tədbirin sonunda məktəb-liseyin direktoru Yaqut xanım Mülki Müdafiə gününün yüksək səviyyədə keçirildiyini qeyd edərək, nəticələrin qənaətbəxş olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırmışdır.Sonda fərqlənən şagirdlərin mükafatlandırılması barədə Mülki Müdafiə qərərgah rəisi Sevinc Mustafayevaya tapşırıq verilmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi