Fizika fənnindən açıq dərs keçirilmişdir

A.Hüseynzadə adına 20№-li məktəb liseyin fizika müəllimi Gültəkin Məmmədova tərəfindən 16.03.2017-ci il tarixində 7a sinfində “Arximed qüvvəsi” mövzusunda açıq dərs keçirilmişdir. Dərs müasir tələblərə uyğun ardıcıllıqla qurulmuşdur. İKT-dən istifadə edərək, motivasiya və tədqiqat sualı video görüntü vasitəsi ilə verilmiş, daha sonra qruplara tədqiqat tapşırığı paylanmışdır. Şagirdlər ayrı-ayrı qruplarda təcrübələr qoyub tədqiqat apardılar. Tədqiqat mübadiləsi və müzakirəsi nəticəsində təcrübələrdən çıxan düstur və araşdırma faktorları ümumiləşdirilmişdir. Dərsin sonunda müəllim fəal şagirdləri və qrupları xüsusi qeyd etmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi