Azərbaycanın ekoloji tarixi və etnoqrafiyasına həsr olunmuş sərgi keçirilmişdir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində “Ekoloji aylıqlar” layihəsi çərçivəsində fevral ayı “Ekoloji mədəniyyət və incəsənət, Azərbaycanın ekoloji tarixi və etnoqrafiyası” mövzusuna həsr olunmuşdur.Bu məqsədlə Yasamal rayonu A. Hüseynzadə adına 20№-li tam orta məktəb-liseydə “Azərbaycanın ekoloji tarixi və etnoqrafiyası” adlı sərgi təşkil olunmuşdur. Məktəbin coğrafiya müəllimi,Əməkdar müəllim Validə Əhmədovanın rəhbərliyi,məktəbin tarix müəllimi Könül Bağırovanın təşkilatçılığı ilə təşkil olunmuş tədbir Azərbaycanın ekoloji tarixi, mədəniyyəti, incəsənəti barədə şagirdləri maarifləndirmək və onların diqqətini maddi-mədəniyyət abidələrinin qorunmasına və mühafizə edilməsinə yönəltmək idi. Tədbirdə ayrı-ayrı regionlar-Bakı, Quba, Lənkəran, Şəki, Tovuz və Qarabağ üzrə stendlər yaradılmışdır. Hər regionu milli geyimdə olan 5, 10 və 11-ci sinif şagirdləri təmsil edirdi. Tədbir şagirdlərin rəqs edərək stendlərə yaxınlaşması ilə başlamış, ardınca məktəbin tarix müəllimi Könül Bağırova öz çıxışı ilə qonaqları məlumatlandırmiş, qonaqlar ilə birlikdə stendlərə yaxınlaşaraq hər bir regionun tarixi, etnoqrafiyası, ekologiyası ,maddi-mədəniyyət nümunələri barədə məlumat vermişdir. Məktəbin direktoru Yaqut Məmmədova çıxış edərək belə tədbirlərin əhəmiyyətindən danışmışdır. Çox maraqla qarşılanan tədbir birlik rəmzi olan “Yallı” rəqsi ilə yekunlaşmışdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi