Mütaliə mədəniyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbir

Təhsil naziri M.Cabbarovun “Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə” əmrinin icrası ilə əlaqədar A.Hüseynzadə adına 20№-li məktəb-liseydə tədbirlər davam etməkdədir. Belə ki, 16.02.2017-ci il tarixində məktəbin rus dili və ədəbiyyatı müəllimi Elina Quliyeva 6-cı sinif şagirdlərinin iştirakı ilə maraqlı tədbir keçirmiş, məşhur danimarkalı ədib, dünyanın bir çox dillərinə tərcümə olunmuş nağıllar müəllifi Hans Kristian Andersenin “Qar Kraliçası” nağılını səhnələşdirmişdir.Tamaşadan əvvəl Elina Quliyeva H.K.Andersenin həyat və yaradıcılığından söhbət açmış,şagirdlərə ədibin başqa nağılları haqqında da məlumat vermişdir. Daha sonra isə şagirdlərin çıxışı başlanmış,onlar rəngarəng geyimləri ilə nağıl personajlarını obrazlı canlandırmışlar.Sonda məktəbin direktoru Yaqut Məmmədova uşaqların çıxışları haqqında fikrini söyləyərək bildirdi ki,bu cür tədbirlərin əsas məqsədi şagirdlərdə oxuya marağın artırılması, məktəblilərin bədii ədəbiyyatla tanışlığını təşviq etməkdir. O, çıxışında qeyd etdi ki, şagirdləri elə istiqamətləndirmək lazımdır ki, onlar öz fikirlərini sərbəst ifadə etsinlər, oxuduqları əsərlərə yaradıcı yanaşsınlar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi