Ekoloji aylıq layihəsinə start verildi

Bildiyiniz kimi, 2016-2017-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsi öz fəaliyyətlərini “Təhsili Dəyərə Çevirək” devizi adı altında həyata keçirir. Bu istiqamətdə əsas götürülən 9 hədəfdən biri də “Ekoloji aylıqlar ” layihəsidir. Bu layihənin keçirilməsində əsas məqsəd şagirdlərdə ekoloji tərbiyəni formalaşdırmaq, onlarda təbiətə maraq, qayğı və məhəbbət oyatmaq, onun sərvətlərindən düzgün istifadə etməyi öyrətmək, istedadlı və yaradıcılıq qabiliyyəti olan şagirdləri üzə çıxarmaq və onlarda ekoloji mədəniyyətin aşılanmasından ibarətdir. Bu məqsədlə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan A.Hüseynzadə adına 20N-li məktəb-liseydə müxtəlif Ekoloji layihələrin həyata keçirilməsi planlaşdırılmışdır.Layihəyə 2016-2017-ci tədris ilinin yanvar ayından start verilmişdir.Məktəbimizdə 10.01.2017-ci il tarixdə “Ekoloji aylıqlar” layihəsini həyata keçirmək məqsədilə təşkilat komitəsi yaradılmışdır. Layihə çərçivəsində görüləcək işlər müzakirə olunmuş, yanvar ayı üçün tədbirlər planı hazırlanmışdır.Ekologiya aylığı çərçivəsində məktəbimizdə bir sıra tədbirlər həyata keçirilmişdir.Əməkdar müəllim Əhmədova Validənin rəhbərlik etdiyi tədbirdə məktəmizin müəllim və şagird heyəti iştirak etmişdir,şagirdlərə təbiətə sevgi, onun qorunub saxlanılmasının vacibliyi aşılanmışdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi