Kimya fənnindən açıq dərs

A.Hüseynzadə adına 20№-li məktəb-liseydə kimya fənni üzrə “İnnovativ təlim texnologiyaların tətbiqi” ilə əlaqədar müəllimlərin açıq dərsləri keçirilmişdir. 10.01.2017-ci il tarixində Mustafayeva Fatma müəllimənin 9A sinfində “Sulfat turşusu” mövzusunda, 12.01.2017-ci il tarixində isə Elnarə Qəmbərovanın 8Ç sinfində “Kovalent rabitənin əmələ gəlmə mexanizmi” mövzusunda keçirilən açıq dərslərin məzmunu, elmi və metodiki cəhətdən təşkili, tarixi məqamlara müraciət, fəndaxili və fənlərarası əlaqə, əyani vəsaitlərdən istifadə, kimyəvi təcrübələrin aparılması yüksək səviyyədə idi. İKT-nin tətbiqi dərslərin daha dərin mənimsənilməsini təmin etmiş və şagirdlərin fəallığını daha da artırmişdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi