Şagirdlərin intellektual inkişafında mütaliənin rolu

Azərbaycan Respublikasının Təhsil naziri Mikayıl Cabbarovun “Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə” 16 dekabr 2014-cü il tarixli 1279 nömrəli əmrinə əsasən məktəbimizdə 6,7,8-ci sinif şagirdlərinin iştirakı ilə mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması istiqamətində 10.01.2017-ci il tarixində tədbir təşkil olunmuşdur. Tədbirdə direktor əvəzi Y.Məmmədova, direktor müavinləri, müəllimlər və şagirdlər iştirak etmişdir. Ulu öndərimiz H.Əliyevin unudulmaz kəlamı vardır: ”Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir. ” Tədbirin keçirilməsində məqsəd şagirdlərdə mütaliə vərdişlərinin,dünyagörüşünün genişləndirilməsi, nitq qabiliyyətinin inkişaf etdirilməsi, mənəviyyatın formalaşdırılması olmuşdur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi