Şagirdlərimiz mükafatlandırıldılar
Şagirdlərin riyazi bilik və bacarıqlarının qiymətləndirilməsi, onların səviyyələrinin düzgün müəyyən edilməsi məqsədilə Amerika Riyaziyyatçılar Assosasiyası- MAA tərəfindən təşkil olunan AMC(American Mathematic Conpetitions) müsabiqəsi keçirilmişdir. Müsabiqədə yaşı 16-dan az olan VIII-IX sinif şagirdlərinə 60 dəqiqə ərzində 25 sual verilmişdir.
Müsabiqədə fərqlənən məktəblilərimiz 24.12.2019-cu il tarixdə ən yüksək balla I,II,III yer tutan şagirdlərimiz , eləcə də digər iştirakçılar iştirakçı Sertifikatları ilə mükafatlandırılmışlar. Məktəblilərimizi təbrik edir, uğurlarının davamlı olmasını arzu edirik.