"Qabaqcıl Təhsil İşçisi"
A.Hüseynzadə adına 20 nömrəli tam orta məktəb-liseyin müəllim və şagirdlərinin uğurları davam edir. Belə ki, məktəb-liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Xəlilova Aytəkin 5 Oktyabr- Beynəlxalq Müəllimlər Günü münasibətilə Təhsil Naziri Ceyhun Bayramov tərəfindən "Qabaqcıl Təhsil İşçisi" döş nişanı ilə təltif olunmuşdur.
20.12.2019-cu il tarixdə Bakı Şəhəri üzrə Təhsil İdarəsində "Qabaqcıl Təhsil İşçisi" döş nişanı ilə təqdimetmə mərasimi keçirilmişdir.
Müəllimimizi bütün kollektiv adından təbrik edirik.