İdman yarışları

     Məktəbimizdə 18 oktyabr Müstəqillik  Günü ilə ələqadar şagirdlər arasında voleybol (qızlar), stolüstü tens və basketbol (oğlanlar) yarışı keçirildi. 5-7 siniflər arasında atletika yarışları da keçirildi. Oğlanlar və qızlar  100m, 200 m məsafəyə qaçış, topatma ( tens topu) oyunlarında özlərini sınadılar.

    Yarış Beynəlxalq Baskedbol Federasiyasının oyun qaydalarına, Azərbaycan Basketbol Federasiyası və Məktəb İdmanları Federasiyasının reqlamentinə əsasən keçirilib. Yarışlar olimpiyada  sistemi üzrə kecirilib. Oyunların müddəti 10 dəqiqqə olmaqla 1 hissədən ibarətdir. Oyun bərabərə qaldıqda əlavə verilən hissədə ilk iki xalı qazanan komanda qalib olur. Komanda oyun ərzində 6 foll alarsa 2 cərimə atışı ilə  cəzalandırılır. 9-cu foldan sonra iki cərimə atışı ilə yanaşı top hücum edən tərəfdə qalır. I və II yer tutan komandalar növbəti mərhələyə vəsiqə qazandılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi