Hüquqlarımızı bilək

“İnsan hüquqları aylığı” çərçivəsində məktəblərdə tədbirlərin keçirilməsinin əsas məqsədi insan hüquqlarını və hüquq bərabərliyi üzərində qurulmuş multikulturalizm dəyərlərini şagirdlər arasında təbliğ etmək, eləcə də cəmiyyətdə insan ləyaqətinə hörmətin, insan hüquqlarına əməl olunmasının zəruriliyini önə çəkməklə, şagirdlərdə humanizm keyfiyyətlərini formalaşdırmaqdan ibarətdir.
Məktəbdə aylıq çərçivəsində "Hüquqlarımızı bilək”, “İnsan hüquqlarının qorunması milli birliyin müqəddəs rəmzidir”, "İnsan hüquqlarının müdafiəsi", “İnsan hüquqlarının hüquq bərabərliyi üzərində qurulmuş multikulturalizm dəyərləri” və digər mövzularda şagirdlərlə söhbətlər aparılıb.