Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilən tədbir keçirilib

       Bu gün 3a sinfində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilən tədbir keçirilib.

       Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

       Sinif rəhbəri Aliyə Həsənli Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən bəhs edib. O, hələ sovet dövründə Ulu Öndərin gördüyü böyük işlərin Azərbaycanın sonralar müstəqil dövlət kimi inkişaf etməsində mühüm rola malik olduğunu, respublikamıza rəhbərliyə qayıtdıqdan sonra müstəqil Azərbaycan dövlətini quraraq onu uzunmüddətli tərəqqi yoluna çıxardığını qeyd edib.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi