Milli mənəvi dəyərlərimiz- ailə dəyərlərinin təbliği

Aprel ayının 25- də məktəbimizin 2a sinfində sinif rəhbəri Aynur Ağazadənin təşkilatçılığı ilə milli mənəvi dəyərlərimiz- ailə dəyərlərinin təbliği" mövzusunda tədbir keçirildi.
Tədbirdə Azərbaycan xalqının tarixi köklərinə, mənəvi dəyərlərinə bağlılığı, ailənin istər şəxsiyyət, istərsə də bütövlükdə cəmiyyət üçün əhəmiyyətli rolu haqqında söhbətlər aparıldı. Şagirdlərin sualları cavablandırıldı.
Sonda milli-mənəvi dəyərləri xalqımızın ən böyük sərvəti hesab edən Ulu Öndərimiz bu dəyərlərin qorunmasının vacib olduğunu göstərən çıxışının videoçarxı izlənildi.