Aprel döyüşlərindən 9 il ötür

        Məktəbin ibtidai sinif müəllimi Aynur Ağazadənin təşkilatçılığı ilə 2"a"sinfində Aprel döyüşlərinə həsr edilmiş tədbir keçirilib. Tədbirdə əvvəlcə, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

       Şagirdlər çıxış edərək Aprel şəhidlərinin igidliyini tarixi qəhrəmanlıq adlandırıb. bildiriblər ki, Ali Baş Komandanımızın da dəfələrlə dediyi kimi, Aprel döyüşləri dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini nümayiş etdirdi. Bu qələbə igid əsgərlərimizin işğal olunan torpaqlarımızın azad edilməsinə tam hazır olduğunu bir daha sübut edir.

       Şagirdlərin iştirakı ilə ədəbi-bədii kompozisiya təqdim edilib, vətənpərvərlik ruhunda mahnılar səsləndirilib.

 

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi