Dəyərlərimizi qoruyaq

"Dəyərlərimizi qoruyaq!" layihəsinin icrası ilə əlaqədar olaraq məktəbin tədbirlər planına əsasən 197 nömrəli tam orta məktəbdə Novruz bayramına həsr olunmuş əl işlərindən ibarət sərgi təşkil edilib.
Sərgidə Novruz adət-ənənələrini, Novruz deyimlərini, mətbəx mədəniyyətimizi milli musiqimizi və s. özündə əks etdirən materiallar və fotolar nümayiş olunub.