İdman həftəsi

     “İdman Həftəsi” çərçivəsində məktəbimizdə “İdmançıların yarışa hazırlığının psixoloji yanaşması” mövzusunda 8-ci sinif şagirdləri ilə seminar təşkil olundu. Bu gün ölkəmizdə idman və bədən tərbiyəsinin inkişafı dövlətin əsas prioritetləri sırasındadır. Yeniyetmə və gənclərimiz idmanın müxtəlif növlərinə maraq göstərir, bu və ya digər idman növü ilə məşğul olurlar. Şübhəsiz ki, bütün idmançılar kimi yeniyetmə və gənclərin, xüsusilə idmana yeni başlayanların fəaliyyətlərində psixoloji hazırlıq xüsusi yer tutur. Yarış öncəsi texniki-taktiki, fiziki və psixoloji göstəricilər mühüm rol oynayır. Psixoloq Zahidə Ağayeva “Qaydasız döyüş” ilə məşğul olan 8 b sinif şagirdi Hüseyn Mirzəliyevin nümunəsində şagirdlərə fərdi tövsiyələri qeyd etdi.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi