Xocalı harayı

 

       26 fevral 2025-ci ildə Elman Heydərov adına 197 nömrəli tam orta məktəbin akt zalında Xocalı soyqırımının 33-cü ildönümünə həsr edilmiş "Xocalı harayı" adlı tədbir keçirildi. Tədbirdə məktəb rəhbərliyi, azərbaycan dili- ədəbiyyat müəllimiləri və şagirdlər iştirak etdilər.

       Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Sonra Xocalı qurbanlarının ruhlarına hörmət əlaməti olaraq onların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan dili müəllimi Elnarə Məmmədrəhimova Xocalı soyqırımı haqqında çıxış edərək erməni vandalizminin törətdiyi belə qəddar terror aktının insanlığa sığmayan bir hal olduğunu və bu xislətin yalnız ermənilərə xas olduğunu bildirdi.

       Daha sonra tədbirdə iştirak edən şagirdlər Xocalı soyqırımı ilə əlaqədar şeir və məruzələrlə çıxış etdilər.

       Sonda tədbir iştirakçıları Xocalı faciəsinə həsr olunmuş videoçarxlar izlədilər.

 

 

 

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi