VALİDEYN İCLASI

7 fevral 2025- ci ildə məktəbin fəaliyyət planına uyğun olaraq “Ailəm və məktəbim” layihəsi çərçivəsində 197 nömrəli tam orta məktəbdə valideyin şagird məktəb üçbucağını gücləndirmək istiqamətində valideyn iclas keçirildi. Məqsəd şagirdlərin davranışı, sinifin ümumi vəziyyəti, şagirdlərin gösdəriciləri barədə valideynləri məlumatlandırmaq,onlarla əməkdaşlıq etməkdir. İclasda, məktəbin direktoru , sinif rəhbəriləri, psixoloq ,uşaq birliyi təşkilatı rəhbəri, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı və digər fənn müəllimləri iştirak edərək öz fikirlərini valideynlərə çatdırdılar.