20 Yanvar faciəsinin 35-ci ildönümü qeyd olundu

        Məktəbimizdə 20 Yanvar faciəsinin  35- ci  ildönümünə həsr olunmuş anım tədbiri keçirildi. Tədbirdə Vətənimizin azadlığı və müstəqilliyi uğrunda canlarını fəda etmiş şəhidlərimiz hörmət və ehtiramla yad edildi.

Sonra şagirdlər ürəkləri titrədən şeirlər səsləndirdilər. Onların ifasında səslənən şeirlər vətənpərvərlik ruhunu bir daha canlandıraraq həmin günün acı xatirələrini tədbir iştirakçılarının yaddaşında yenidən yaşatdı.

       20 Yanvar xalqımızın qəhrəmanlıq salnaməsidir. Şəhidlərimizin qanı ilə yazılmış bu tarix bizə azadlığın və müstəqilliyin nə qədər dəyərli olduğunu bir daha xatırladır. Biz həmişə onların xatirəsini əziz tutacaq və gələcək nəsillərə bu qəhrəmanlıq ruhunu ötürməyə davam edəcəyik.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi