STEAM layihəsinin tədrisi ilə əlaqədar monitorinq keçirilib

Dekabrın 28-də 197 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən VII, VIII sinif şagirdləri arasında STEAM dərsdənkənar məşğələnin tədrisinin təsirini ölçmək, şagirdlərin məzmun bilikləri, problem həll etmə, yaradıcı düşünmə bacarıqlarını qiymətləndirmək məqsədilə monitorinq keçirilib.
Layihənin tətbiq edilməsində məqsəd müasir təhsil çağırışları əsasında inkişaf etmiş ölkələrdə tətbiq edilməyə başlanılan təhsil yeniliklərinin ölkəmizdə tətbiq edilməsi imkanlarının öyrənilməsi və tədris edilməsidir.