Naxçıvan Muxtar Respublikasının yaradılmasından 100 il ötür

Bu gün məktəbimizdə Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunan tədbir Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçən Şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Tədbiri giriş sözü ilə açan məktəbin təşkilatçısı İradə Salmanova bildirib ki, bu il Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 ili tamam olur. Bu münasibətlə 30 dekabr 2023-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb.
Tədbir zamanı Naxçıvanın səfalı və mənzərələri təbiətini əks etdirən videoçarxlar nümayiş olunub.