12 dekabr - Ümummilli lider Heydər Əliyevin anım günüdür

12 dekabrda 197 nömrəli tam orta məktəbdə xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar siniflərdə sinif təşkilat saatları keçirildi. Əvvəlcə Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra sinif müəllimləri ulu öndərin həyatı, onun Azərbaycan tarixində, Azərbaycan xalqının müstəqilliyində oynadığı mühüm rolu haqqında şagirdlərə məlumat verdilər. Qeyd edildi ki, ümummilli lider Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri-istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Sonda ulu öndərin həyat və yaradıcılığını əks etdirən təqdimatlar nümayiş olundu, şeirlər söylənildi.