Unudulmaz dahi

        Məktəb rəhbərliyi və məktəbin tarix müəllimi Mavilə Səlimovanın təşkilatçılığı ilə 197 nömrəli tam orta məktəbdə ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib.

        Tədbirdə ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Müstəqilliyə gedən yolumuzu işıqlandıran, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin Azərbaycan tarixində və beynəlxalq aləmdəki rolu və demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasəti barədə ətraflı məlumat verilib. Dahi liderin diqqət və qayğısı sayəsində digər sahələr kimi, elm və təhsil sahəsində də böyük nailiyyətlərin əldə olunduğu vurğulanıb.

        Sonra isə Ulu öndərin həyat və fəaliyyətini əks etdirən videoçarxlar, filmlər izlənilib.

 

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi