Heydər Əliyev və müasir Azərbaycan tarixi

6 dekabr 2024-cü ildə məktəbimizin tarix müəllimi Nuranə Qasımova 6"a" sinif şagirdləri ilə Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar olaraq hazırladığı tədbirlər planına əsasən "Heydər Əliyev və Müasir Azərbaycan tarixi" mövzusunda seminar təşkil etdi.
Seminarda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, xalqa xidmətindən bəhs edildi. Şagirdlər ulu öndərə həsr olunmuş təqdimatlar hazırlayıb, çıxışlar etdilər.