Pedaqoji Şura

Noyabr ayının 22- də 197 nömrəli tam orta məktəbdə Pedaqoji şuranın növbəti iclası keçirildi. İclası giriş sözü ilə açan məktəbin direktoru Elmira Namazova gündəlikdə duran məsələlər barədə məlumat verdi.
1. IV və XI siniflərdə ana dili və riyaziyyat fənlərindən aparılmış monitorinqlərin nəticələri haqqında
2.”Müəllimlərin etik davranış qaydaları”haqqında
3. Siniflər və fənlər üzrə diaqnostik və formativ qiymətləndirmə vasitələrinin hazırlanması barədə
4. Şagirdlərin dərsə davamiyyəti barədə
5. Dərsdənkənar məşğələlərin, dərnəklərin və günüuzadılmış qruplarda məşğələlərin aparılması vəziyyyəti barədə
6. Ümumtəhsil məktəblərində xarici dillərin tədrisi ilə bağlı mövcud vəziyyətin araşdırılması istiqamətində tədbirlərin həyata keçirilməsi, xüsusilə də, ıv,ıx və xı siniflərdə şagirdlərin xarici dil bacarıqlarının proqram tələblərinə uyğunluğunun, eləcə də fənn müəllimlərinin elmi-nəzəri və metodiki cəhətdən peşəkarlıq səviyyəsinin qiymətləndirilməsini əhatə edən hesabatın hazırlanması
7. Şagirdlərdə tədqiqatcılıq bacarığının formalaşdırılması ilə bağlı onların araşdırma tələb edən layihələrə cəlb olunması istiqamətində tədbirlərin (bədii əsərlərin təhlili əsasında müstəqil rəy və mühazirələri əhatə edən referatların hazırlanması, fiziki ,kimyəvi və bioloji hadisələr üzrə təcrübələrin aparılması və nəticələrin ümumiləşdirilməsi, bölgənin təbiətinin,tarixi- mədəni abidələırinin öyrənilməsi və dəyərləndirilməsi və s.) həyata keçirilməsi
8.Psixoloji, hissi-emosional vəziyyətinə görə risk qrupuna daxiledilmə ehtimalı olan şagirdlərin müəyyənləşdirilməsi, onların hər biri üçün fərdi, pedaqoji-psixoloji bərpa planının hazırlanıb valideynlərin iştirakı ilə həyata keçirilməsi
9. “Kiçik Akademiya”nın fəaliyyəti barədə
10. Cari məsələlər (Fövqəladə hallar şagirdlərin gözü ilə)