Zəfərin mübarək, Azərbaycan !
197 nömrəli tam orta məktəbdə " Zəfər günü "-nə həsr olunmuş " Zəfərin mübarək, Azərbaycan ! " adlı tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başladı. Daha sonra ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə müəllimlər, şagirdlər və şəhid ailələri iştirak etdi. Məktəb rəhbərliyi öz çıxışında qeyd etdi ki, 30 ilə yaxın işğal altında qalmış, əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi - siyasi yolla işğaldan azad olunaraq, şanlı zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. 8 Noyabr əbədiyyən " Zəfər Günü " kimi tarixə həkk olundu. Tədbir şagirdlərin ifasında vətənpərvərlik ruhunda, milli dəyərlərimizi və qəhrəmanlığımızı təbliğ edən şeir, səhnəcik,kompozisiyalar və rəqslərlə davam etdi.