“18 oktyabr- Müstəqilliyin Bərpası Günü”nə həsr olunmuş xüsusi dərs
Məktəbin tarix müəllimi Mavilə Səlimova 7b sinif şagirdlərinə “18 oktyabr- Müstəqilliyin Bərpası Günü”nə həsr olunmuş xüsusi dərs keçib.
Mavilə müəllim qeyd edib ki, 18 oktyabr 1991-ci il tarixində "Azərbaycanın dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktının qəbul edilməsi ilə ölkəmizdə Şərqdə ilk respublikanın varisi kimi Azərbaycan tarixinin yeni dönəmi - müstəqil inkişaf dövrü başlayıb.
7b sinif şagirdləri “Müstəqilliyin Bərpası Günü"nə həsr olunmuş maraqlı təqdimatlar , divar qəzetləri hazırlayıblar.