Təhlükəsizliyin təminatı və sağlam mənəvi-psixoloji mühitin formalaşdırılması

Məktəbimizdə təhlükəsizliyin təminatı və sağlam mənəvi-psixoloji mühitin formalaşdırılması məqsədilə şagirdlərlə hər zaman profilaktik işlər aparılır. Bu gün də 197 nömrəli tam orta məktəbdə məktəb rəhbərliyi tərəfindən təhlükəsizliyin təminatı və sağlam mənəvi-psixoloji mühitin formalaşdırılması məqsədilə seminar təşkil olundu. Eyni zamanda şagirdlər “Bullinqlə mübarizəyə dair qaydalar", bullinq halları baş verdiyi zaman bu qaydalara əsasən davranılması haqqında məlumatlandırıldı. Seminarın sonunda şagirdlərin fikirləri dinlənildi və onları maraqlandıran suallar cavablandırıldı.