Məktəbəhazırlıq qruplarında məşğələlərə start verilib.

2024-2025-ci tədris ilində Elman Heydərov adına 197 nömrəli tam orta məktəb də ilk dəfə məktəbə qədəm qoyan 5 yaşlı fidan balalarını qarşıladı.
Məktəbin direktoru və sinif müəllimləri ilk dəfə məktəbə qədəm qoyan balaları və onların valideynlərini təbrik edib, uğurlar arzuladılar.
Dövlət ümumi təhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarında həftədə 4- gün olmaqla, 12 məşğələ keçirilir. Məktəbəhazırlıq qruplarında “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət” dərs məşğələləri keçirilir.
Qeyd edək ki, məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdən ibarətdir.