"Şəhidlərimiz ən ali qürur mənbəyimizdir!”

27 Sentyabr - Anım Günü ilə əlaqədar məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimləri siniflərdə 27 sentyabr "Şəhidlərimiz ən ali qürur mənbəyimizdir!” , “Hər şey bu gün başladı” mövzularında inşa - yazı müsabiqəsi keçiriblər. Müsabiqə iştirakçıları dövlətimizin müstəqilliyi və torpaqlarımızın bölünməzliyi uğrunda qurban getmiş şəhidlərimizi ehtiramla yad ediblər.