27 Sentyabr – Vətən müharibəsi bizim Şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir.

Hər il sentyabrın 27-si – Azərbaycan Respublikasının işğal altında olan torpaqlarının azad edilməsi uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmə günü – Azərbaycan Respublikasında Anım Günüdür!
Səhər Elman Heydərov adına 197 nömrəli tam orta məktəbdə 27 Sentyabr - Anım Gününə həsr olunmuş toplantı keçirilib. Toplantı Azərbaycasn respublikasının Dövlət Himninin Səsləndirilməsi ilə başlanıb . Sonra ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən vətənpərvər oğullarımızın ruhu bir dəqiqəlik sükutla yad edilib. Toplantıda məktəb rəhbərliyi şıxış edərək Ali Baş Komandanımız, Cənab İlham Əliyevin sərəncamına əsasən Vətən müharibəsi iştirakçılarının əziz xatirəsinə ehtiram əlaməti olaraq bu gün-27 sentyabr tarixinin Anım günü kimi qeyd edildiyini söyləyib. O, qeyd edib ki, Azərbaycan xalqı Vətən müharibəsində qəhrəmanlıq göstərmiş oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərin ruhunu dərin hörmətlə anılır.