Bilik Günü

 

     Yeni tədris ilinin ilk dərs günü münasibətilə Elman Heydərov adına  197 nömrəli tam orta məktəbdə tədbir keçirildi. "Bilik günü”ndə müəllim və şagird kollektivi böyük sevinclə doğma məktəbə toplaşmışdı.

        Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra məktəbin təşkilatçısı İradə Salmanova tədbiri açıq elan etdi. Sonra Vətən yolunda canından keçən şəhid oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

        Tədbirdə çıxış edən məktəbin direktoru Elmira Namazova müəllim və şagird kollektivini təbrik edərək , qarşıda gələn tədris ilinin uğurlu olacağına inandığını bildirdi.

       Məktəbə ilk dəfə qədəm qoyan birincilərin sevinci də aşıb daşırdı. Onlar bir birindən gözəl şeirlərlə çıxış etdilər.

      Sonda "İlk zəng”in sədaları ilə şagirdlərimiz sevinclə sinif otaqlarına daxil oldular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi