Metodbirləşmə rəhbərləri ilə iclas

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının 15 may 2024-cu il KQ – 07 nömrəli qərarı ilə “Təhsilverənlərin etik davranış Qaydaları” təsdiq edilmiş, “Müəllimlərin etik davranış Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının 2014-cü il 6 noyabr tarixli 1/2 nömrəli Qərarı ləğv edilmişdir.
03.05.2024-cü ildə 197 nömrəli tam orta məktəbdə metodbirləşmə rəhbərləri ilə yeni qaydalarla tanış olmaq məqsədilə iclas keçirilib. İclasda məktəbin direktoru Elmira Namazova "Təhsilverənlərin etik davranış qaydaları" ilə pedaqoji metodbirləşmə sədrlərini tanış edib.
Qeyd edək ki, bu Qaydaların əsas məqsədi təhsil müəssisələrində işgüzar, sağlam emosional və psixoloji mühitin təmin edilməsinə, vətəndaşların təhsil müəssisələrinə və təhsilverənlərə etimadının artırılmasına, təhsilverənlərlə təhsil prosesinin digər iştirakçıları arasında münasibətlərin idarə olunmasına, təhsilverənlərin nüfuzunun yüksəldilməsinə, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin, şəffaflığın artırılmasına və maraqların toqquşmasının qarşısının alınmasına nail olmaqdan ibarətdir.