Bir kərə yüksələn bayraq bir daha enməz

Mayın 27- də Elman Heydərov adına 197 nömrəli tam orta məktəbdə açıq səma altında 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir kerçirildi.
Azərbaycanın Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğurunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Məktəbin təşkilatçısı çıxış Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranma tarixi, keçdiyi inkişaf yolu, cümhuriyyətin mövcud olduğu qısa müddətdə xalqımızın mədəni inkişafına, elm, təhsil sahəsinin tərəqqisinə verdiyi töhfələr barədə şagirdlərə geniş məlumat verdi. Ölkəmizin müstəqilliyi bərpa olunduqdan sonra qazanılmış uğurlardan, dövlət quruculuğu sahəsində ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən bəhs etdi.
Şagirdlərimiz müstəqilliyə, vətənpərvərliyə həsr olunmuş şeirlər söyləyib, mahnılar oxuyub, ədəbi-bədii kompozisiyalar nümayiş etdirdilər.