Heydər Əliyev mərkəzinə ekskursiya

       25 yanvar 2024-cü ildə Elman Heydərov adına 197 nömrəli tam orta məktəbin  müəllim və şagirdləri Qaradağ rayon Heydər Əliyev Mərkəzinə ekskursiya etdilər. İlk öncə mərkəzin əməkdaşı müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, bütün varlığı ilə vətəninə, xalqına bağlı olan dünya şöhrətli siyasətçi və böyük dövlət xadimi, ümummilli lider Heydər Əliyevin çağdaş tariximizdə əbədiləşmiş, respublikamıza rəhbərliyinin bütün dövrlərində vətən və xalq qarşısında misilsiz xidmətləri, öz xalqına sədaqətini əks etdirən ekspozisiyalarla tanış etdi. Daha sonra şagirdlərə Azərbaycan xalqının şanlı oğlu, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin İkinci dünya müharibəsi illərində İtaliya və Yuqoslaviyada faşist işğalçılarına qarşı apardığı mübarizəyə həsr edilmiş “Uzaq sahillərdə” bədii filmi nümayiş olundu.

       Ekskursiyanın sonunda şagirdlərimiz xatirə şəkili çəkdiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi