20 Yanvar – şanlı tariximiz

      

       Yanvarın 19- u məktəbin təşkilatçısı İradə Salmanova və uşaq birliyi təşkilatı rəhbəri Vüsalə Heydərova 20 Yanvar faciəsinin otuz dördüncü ildönümü ilə əlaqədar tədbir keçirib.

       Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səslənib. Sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İradə müəllim bildirib ki, “20 Yanvar faciəsi Azərbaycan xalqının azadlıq uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub. Ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları həmin gün canlarından keçərək şəhidlik zirvəsinə ucalmışlar. Böyük itkilərlə, günahsız insanların qətlə yetirilməsi ilə nəticələnən bu faciə eyni zamanda xalqımızın mübarizliyini, əyilməzliyini və məğrurluğunu nümayiş etdirib.”

       Sonda şagirdlərin çıxışları dinlənilib və onlar “20 yanvar” hadisələrini əks etdirən videoçarxlara tamaşa ediblər.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi