Bütöv torpaq bütöv candır, bu can Azərbaycandır!

        Bu gün məktəbmizdə səhər 8 noyabr "Zəfər Günü" nə həsr olunmuş ümumməktəb yığıncağı keçirilmişdir.

       Azərbaycan Respublikasının Dövlət Himni oxunandan sonra məktəbin təşkilatçısı İradə Salmanova "Zəfər Günü" ilə bağlı məlumat verdi.

        Tədbirdə çıxış edən məktəbin direktoru Elmira Namazova Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfər qazandığımız 44 günlük Vətən müharibəsinin və lokal antiterror əməliyyatlarının reallıqları, böyük Qələbəmizin əsasında duran xalq-dövlət-ordu birliyi amili, xalqımızın Vətən torpaqlarının azad edilməsi naminə “Dəmir yumruq” kimi birləşdiyi gerçəkliklər şagirdlərimiz tərəfindən öyrənilməli və gələcək nəsillərə ötürülməlidir deyə bildirdi. Sonda şagirdlərin ifasında "Zəfər günü"nə həsr olunmuş şeirlər, kompozisiyalar, vətənpərvər mövzularda mahnılar ifa edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi