Valideynin məktəbdə bir günü

       Valideynlərin övladlarının təhsil aldıqları müəssisə ilə yaxından tanışlığının təmin olunması, istər infrastruktur, istərsə də tədris prosesinin təşkilinin təkmilləşdirilməsi istiqaməti üzrə rəy və təkliflərinin əldə edilməsi, qeyri-formal mühitdə məktəbin pedaqoji heyəti və texniki işçi kollektivi ilə ünsiyyət qurmasının təmin edilməsi məqsədilə noyabr ayının  6-da 197 nömrəli tam orta məktəbdə “Valideynin məktəbdə bir günü” adlı layihə həyata keçirildi. Valideynlər ibtidai siniflərdə övladlarının tədris prosesi ilə yaxından tanış oldular, məktəb kitabxanası və idman zalında , dəhlizlərdə yaradılmış guşələrə baxış keçirdilər.

        Məqsəd valideynləri  övladlarının təhsil aldıqları Elman Heydərov adına 197 nömrəli tam orta məktəb ilə yaxından tanış etmək, istər infrastruktur, istərsə də tədris prosesinin təşkili istiqamətində onları məlumatlandırmaq, valideynlərlə məktəb arasında ünsiyyət platformasını daha da genişləndirmək idi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi