Bilik günü

 

        Yeni tədris ilinin ilk dərs günü münasibətilə 197 nömrəli tam orta məktəbdə təntənəli tədbir keçirildi. "Bilik günü”ndə müəllim və şagird kollektivi böyük sevinclə doğma məktəbə toplaşmışdı.

        Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra məktəbin təşkilatçısı İradə Salmanova tədbiri açıq elan etdi. Sonra Vətən yolunda canından keçən şəhid oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

İradə Salmanova bu il yüksək nəticə toplayaraq ali məktəblərə qəbul olan məzunlarımızı təbrik etdib,onların valideynlərinə və müəllimlərinə xüsusi təşəkkürünü bildirdi.

        Tədbirdə çıxış edən məktəbin direktoru Elmira Namazova müəllim və şagird kollektivini təbrik edərək , qarşıda gələn tədris ilinin uğurlu olacağına inandığını bildirdi.

        Qaradağ rayon Korgöz bələdiyyəsinin sədri Rövşən Əbdülbağıyev və Qaradağ rayon İcra hakimiyyəti başçısının Korgöz qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ramiz Daşdıyev tədbir iştirakçılarını salamlayaraq, yeni dərs ilinin başlanması münasibəti ilə təbrik etdilər.

        Məktəbə ilk dəfə qədəm qoyan birincilərin sevinci də aşıb daşırdı. Onlar bir birindən gözəl şeirlərlə çıxış etdilər.

Təntənəli tədbir "İlk zəng”in sədaları ilə başa çatdı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi