Sinif rəhbərlərinin iclası

 

        Bu gün məktəbimizdə məktəbin təşkilatçısı İradə Salmanovanın rəhbərliyi ilə sinif     rəhbərlərinin icalası təşkil olundu.

        Məktəbin təşkilatçısı sinif rəhbərlərinə yeni dərs ilinin başlanmasından, fəaliyyət planından, görüləcək işlərdən və sinif rəhbərlərinin daşıdıqları məsuliyyətdən söhbət açdı.O, müəllimlərə siniflərinə daha çox nəzarət etməyi, daxili münaqişələrin olmamasını təmin etməyi,sinifdə sağlam mühiti formalaşdırmağı,şagird davamiyyətini təmin etməyi,dərslərində geri qalan risk qrupuna daxil olan, özünə qapanan şagirdləri aşkar edib,məktəbin psixoloquna yönləndirməyi,sinif nümayəndələrinin seçimində diqqətli olmağı tapşırdı. İclasda sinif rəhbərlərinin sualları cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi