Reproduktiv sağlamlılq

               Fevral ayının  17- da197 № li tam orta məktəbdə  Bənövşə xanım Tağıyeva “Reproduktiv sağlamlılq” mövzusunda qızlar arasında maarifləndirici söhbət apardı. Mövzu VI, VII  siniflərdən 35 nəfər şagirdin iştirakı ilə keçirildi.  Bənövşə xanım şagirdlərə yeniyetməlik dövrü, bu dövrdə orqnizmdə baş verən dəyişikliklərdən danışdı. O,həmçinin qeyd etdi ki, reproduktiv sağlamlıq nəsil artımı qabiliyyətinin olması və azad seçim deməkdir. Reproduktiv sağlamlıq reproduktiv sistem, onun funksiya və proseslərinə aid olan bütün məsələlər daxil olmaqla insanın tam fiziki, əqli və sosial rifah halı deməkdir. Şagirdlərlə ilə keçirilən söhbətdə  uşaq və yeniyetmələrin reproduktiv sağlamlığı, sanitar-gigiyenik maarifləndirilməsi, ailə planlaşdırılması, sağlam ailənin əsasları, habelə valideynlik bacarıqları, yaşıdları ilə sağlam ünsiyyətin qurulmasının əhəmiyyəti qeyd etdildi. Sonda şagirdləri maraqlandıran suallar cavablanırıldı.

                 “Reproduktiv sağlamlıq” mövzusunun keçirilməsində məqsəd gənc nəslin sağlam böyüməsi, onların zərərli vərdişlərdən qorunması, habelə gələcəkdə sağlam ailə qurması üçün, uşaq və yeniyetmələr arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıqla bağlı maarifləndirmə işlərini genişləndirməkdir.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi