“Ən yaxşı təqdimat " - Əhməd bəy Ağaoğlu

Noyabrın 7-sində Bakı şəhəri üzrə Təhsil İdarəsinin 16.08.2019-cu il tarixli F-306 nömrəli əmrinə əsasən "Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi"nin keçirilməsi ilə əlaqədar tədbirlər planına uyğun olaraq "Əhməd bəy Ağaoğlu jurnalist və ədəbiyyatçı kimi" mövzusunda 10 "A" sinif şagirdlərinin iştirakı və fənn müəllimi Mikayılova Zərifənin rəhbərliyi ilə dəyirmi masa keçirildi. Tədbir zamanı sagirdlər tərəfindən hazırlanmış təqdimat nümayiş etdirildi. "Ən yaxşı təqdimat " təqdim olunanlar arasından seçilərək qalib 10 "A" sinif şagirdi Kazımova Zeynəb elan olundu.