Uşaq hüquqları aylığı

Oktyabrın 30-da 196 nömrəli tam orta məktəbdə “Uşaq hüquqları aylığı” ilə əlaqədar VIII-XI sinif şagirdləri arasında rəsm müsabiqəsi və dəyirmi masa keçirilmişdir. Şagirdlər tarix müəllimləri Bəhruz Cabbarov və Ramil Kişizadənin rəhbərliyi ilə hazırlanan sualları tədbir iştirakçılarına təqdim etdilər. Sualların bəziləri şagirdlər tərəfindən cavablandırıldı, digər sualları müəllimlər daha ətraflı şəkildə izah etdi. 10 "B" sinif şagirdləri İsmayılzadə Rəfiqə və Mirzəyeva Günel “Unisef”-in “Uşaq hüquqları haqqında” Konvensiyası və bu konvensiyaya əsasən uşaqların hansı hüquqlara malik olması barədə məlumat verdilər.