“Qarabağ bizimdir, bizim olacaq”

Məktəbimizdə hərbi vətənpərvərlik ruhunda məktəb rəhbərliyi, hərbi hazırlıq, tarix, dil-ədəbiyyat, fiziki tərbiyə, coğrafiya müəllimlərinin və IX – XI sinif şagirdlərinin iştirakı ilə “Qarabağ bizimdir, bizim olacaq” adlı tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan məktəb direktoru Sevinc Mehdiyeva nitqini şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad etməklə başladı. O, çıxışında aprelin 2-də başlayan torpaqlarımızın bütövlüyü uğrunda aparılan müharibədən danışdı. Ali Baş Komandan cənab İlham Əliyevin yürütdüyü siyasətdən, onun atdığı uğurlu addımlardan danışdı və qeyd etdi ki, 1992-ci ildən itirilmiş torpaqlar uğrunda aparılan müharibənin nəticəsi qələbədir. Ümummilli liderimiz Heydər Əliyevin təməlini qoyduğu mübariz ordumuz bu gün daha güclüdür, yeni hərbi sursatlarla təmin olunmuş ordumuz düşmənlərimizi mətinliklə məhv edir, torpaqlarımızı yağı düşməndən azad edir. Ali Baş Komandanın ordumuza göstərdiyi diqqət və qayğıdan, yaralı əsgərlərlə görüşündən danışdı və qeyd etdi ki, bütün xalq cənab prezidentin ətrafında sıx birləşib və torpaqlarımız uğrunda mübarizəyə qalxmağa hazırdır. Sonda hərbi hazırlıq müəllimi Sabir Məmmədov, tarix müəllimi Dinara Novruzova, dil-ədəbiyyat müəllimi Zərifə Mikayılova, şagirdlərdən X sinif şagirdi Əfsanə Muradzadə çıxış edərək torpaqlarımız uğrunda mübarizəyə həmişə hazır olduqlarını və bu yolda xalqımızla, dövlətimizlə bir olduqlarını bildirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi