Məktəbimizdə Novruz şənliyi keçirildi

18.03.2016-cı il tarixində məktəbimizdə Novruz şənliyi keçirildi. Məktəbimizin həyətində tonqalın ətrafında şagirdlər, məktəb rəhbərliyi, müəllimlər və valideynlər yığışdılar. Şagirdlər müxtəlif sənəciklər, rəqslər nümayiş etdirdilər, mahnılar oxudular. Bayramın rəngarəng keçməsi üçün şənliyimizə Bahar qızı, Kosa və Keçəl dəvət olundu. Tədbirdə Novruz bayramına aid adət- ənənələrə uyğun səhnəciklər göstərildi.