Son zəng

       14 iyun - budur  “Son zəng" çalındı. Bu zəngin sədaları altında addımlayan məzunlar oları həyata səsləyən bu zəngi son dəfə eşitdilər. Sanki bu zəng onları daha müstəqil, daha inamlı, daha qürurlu olmağa çagırır.

      Tədbirdə məktəbin direktoru S.Mehdiyeva, müəllimlər, məzunların valideyinləri, əvvəlki illərdə məktəbi bitirmiş və yüksək nailliyyətlər əldə etmiş məzunlar çıxış etdilər. Onlar məzunları təbrik etdilər, onlara gələcək həyatlarında  müvəffəqiyyətlər arzuladılar, tələbə adına layiq görülmələrini, vətənimizin, xalqımızın layiqli övladları olmalarını tövsiyyə etdilər. 2018-2019-ci tədris ili ərzində fəaliyyətlərinə görə fərqlənən müəllimlər və şagirdlər məktəb rəhbərliyi tərəfindən “Fəxti fərman” və “Diplom”la təltif edildilər.

      Tədbirdə şagirdlər tərəfindən hazırlanmış müxtəlif rəngarəng musiqi nömrələri ifa edildi, rəqs nümunələri göstərildi, şeirlər səsləndirildi. Ümumilikdə tədbir iştirakçılar tərəfindən rəğbətlə qarşılandı və bəyənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi