Valideynin məktəbdə bir günü

Mayın 29-da BŞTİ-nin 28 yanvar 2019-cu il tarixli F-66№- li əmrinə əsasən “Valideynin məktəbdə bir günü” layihəsinin növbəti mərhələsi keçirildi. Tədbir proqrama uyğun olaraq rəsmi açılışdan sonra valideynlərin məktəblə tanışlığı ilə başladı. Daha sonra valideynlər cədvəl üzrə müəyyən edilmiş siniflərdə dərs müşahidələrində iştirak etdilər. Dəvət edilmiş valideynlər seminarda iştirak etdikdən sonra “1 iyun – Uşaqlaın Beynəlxalq müdafiəsi günü” nə həsr edilmiş ədəbi-bədii gecədə iştirak etdilər.